Çərşənbə , Sentyabr 9 2026
azfa

Murtəza Həqir-İntizar Təbriz Mərkəzi həbsxanasından azadlığa çıxdı

GADTB: Azərbaycan Milli Hərəkatının fəalı Murtəza Həqir-İntizar dörd aylıq həbs cəzasını çəkdikdən sonra 25 dekabr 2021-ci il, çərşənbə günü Təbriz Mərkəzi Həbsxanasından azadlığa buraxılıb.

Bu Azərbaycanlı fəal əvvəllər 25 iyul 2021-ci ildə evində mülki geyimdə məmurlar tərəfindən həbs edilmiş və bir neçə gün saxlanıldıqdan və dindirildikdən sonra müvəqqəti azadlığa buraxılmışdı.

Məlumata görə, molla rejimin məmurları onun evində axtarış aparıb, məhkəmə qərarı və ya rəsmi izahat vermədən şəxsi əşyalarını müsadirə ediblər.

Hökmün icrasına baxmayaraq, hökmün səbəbləri, işin təfərrüatları, ittihamın adı və hökmü verən məhkəmə orqanı hələ rəsmi olaraq açıqlanmayıb.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …