Şənbə , İyun 13 2026
azfa

Durnalar Yuvasında “Azərbaycan marşı” və milli şüarlar səsləndi-Video

GADTB: “Şəhərdari Azərbaycan” voleybol komandasının oyunu zamanı Urmiyənin 6 min nəfərlik Durnalar Yuvasi idman zalı bir daha şəhərin türk-Azərbaycan kimliyi ilə canlandı.

Azərbaycanlı tamaşaçılar məşhur marş — “Azərbaycan sən-sən, mənim hürriyyətim, şan-şöhrətim…” marşını birlikdə səsləndirərək zalda coşqu, qürur və milli ruh yaratdılar.

Bu görüşdə yalnız milli marşlar deyil, Urmiyə gölünün kritik vəziyyətinə dair etiraz şüarları da geniş şəkildə səsləndirilib. 12 Azər 1404 tarixində keçirilən oyunda azarkeşlər:

“Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq”

“Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir” kimi şüarlarla gölün vəziyyətinə biganə qalan rəsmi qurumlara etirazlarını ifadə ediblər.

Görüş zamanı “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Türk dilində mədrəsə olmalıdır hər kəsə” kimi milli şüarlar da tribunaları bürüyüb.

Matçın sonunda Şəhərdari Urmiya komandası 3–1 hesabı ilə Mis Rəfsəncan üzərində qələbə qazanaraq Urmiyalı azarkeşlərə sevinc yaşadıb.

https://t.me/GADTB1/46791

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …