Cümə , Avqust 21 2026
azfa

Maduronun həbsindən sonra Xameneiyə çağırış edildi

GADTB: Maduronun ABŞ qüvvələri tərəfindən həbs edilməsindən sonra Avropa və ABŞ-dən sərt siyasi reaksiyalar gəlib. Niderland Parlamentinin vitse-spikeri Geert Vilders “X” hesabında Venesuela ilə bağlı paylaşım edərək İranın ali lideri Əli Xameneiyə ünvanlanan təhdid xarakterli ifadə işlədib: “Xameneyi, sənin təhlükəsiz otağın nə qədər yaxındır?”

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Marjori Teylor Qrin isə açıqlamasında Maduronun vəzifədən kənarlaşdırılmasının İranda mümkün növbəti “rejim dəyişikliyi” üçün zəruri siyasi sabitliyi yarada biləcəyini bildirib.

Qeyd olunur ki, Venesuela prezidenti Nikolas Maduro İranın əsas müttəfiqlərindən biri hesab olunurdu. Tramp administrasiyasının Karakasa qarşı təzyiq kampaniyası fonunda İran rəsmiləri Amerikanın Venesuelaya qarşı addımlarını dəfələrlə pisləyib./Azad İran

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …