Cümə axşamı , Oktyabr 29 2026
azfa

ABŞ və İsrailin Cənubi Azərbaycan şəhərlərində İran hərbi mövqelərinə hücumları davam edir

GADTB: ABŞ və İsrail qüvvələri gecə ərzində İranın müxtəlif bölgələrində, o cümlədən Cənubi Azərbaycan şəhərlərində yerləşən hərbi obyektlərə bir neçə dəfə hava zərbələri endirib.

Məlumata əsasən, İsrail qırıcıları xüsusilə Təbriz şəhərində yerləşən bir sıra hərbi məntəqələri hədəfə alıb. Hücumların yönəldiyi məkanlar arasında Sərdərud hava hücumundan müdafiə sistemi, Andişə bölgəsi, qırıcı aviasiya bazası, Əmənd raket kompleksi və Seyidabad ərazilərinin adı çəkilir.

Bundan əlavə, Urmiya, Azərşəhr, Zəncan və Mərəndə şəhərlərində də Sepah və hüquq-mühafizə orqanlarına aid bir neçə hərbi obyektin hücuma məruz qaldığı bildirilir. Həmçinin Həmədan və Kərəc şəhərlərinin də bir neçə dəfə güclü zərbələrə məruz qaldığı qeyd olunur.

Məlumatlarda hücumların davam etdiyi və bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …