Şənbə , İyun 20 2026
azfa

SEPAH ABŞ və İsrail ilə qarşıdurmanın qlobal səviyyəyə çatdığını açıqladı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrail ilə qarşıdurmanın regiondan kənara çıxdığını bildirir.

Rəsmi açıqlamada münaqişənin regional mərhələsi ümumiləşdirilib və Tehranın nail olduğuna inandığı məqsədlər sadalanıb:

-Amerika hərbi bazalarının məcburi təxliyəsi;

-Strateji əhəmiyyətli boğazlar üzərində nəzarət;

-Qlobal enerji idarəçiliyinə təsir göstərmək;

-İsrailin texnologiya sektoruna zərər vurmaq.

Bəyanatda vurğulanır: “Bu andan etibarən İranın maraqları və hərəkətləri regiondan kənara çıxır” və İranın enerji obyektlərinə qarşı hər hansı bir təhdid düşmənlərin siyasi və texnoloji aktivlərini də əhatə edən “qırmızı hədəf bankı”nın aktivləşdirilməsi ilə qarşılanacaq”.

SEPAH eləcə də cavab tədbirlərinin 48 saat ərzində tətbiq oluna biləcəyini bildirib.

Bundan əlavə, İran Baş Qərargahının sözçüsü Hörmüz boğazını bağlamaqla hədələyib.

“ABŞ-nin İran elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal aşağıdakı cəza tədbirləri görüləcək:

 Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları təmir olunana qədər yenidən açılmayacaq.

Bütün İsrail elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları böyük ziyan görəcək”, – deyə qeyd olunur./Azad İran

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …