Çərşənbə , İyun 10 2026
azfa

Molla rejimi azərbaycanlı tələbə İrfan Şəkurzadəni “casusluq” ittihamı ilə edam edib

GADTB: Təbrizdən olan İrfan Şəkurzadə adlı azərbaycanlı gənc və istedadlı tələbə bazar ertəsi səhər edam olunub. Hadisə elmi çevrələrə qarşı təzyiqlər, qeyri-şəffaf məhkəmə prosesi və təhlükəsizlik işlərində məcburi etiraflardan istifadə ilə bağlı yeni narahatlıqlara səbəb olub.

Məlumata görə, 1376-cı ildə doğulan İrfan Şəkurzadə Təbriz Universitetinin elektrik mühəndisliyi fakültəsini fərqlənmə ilə bitirmişdi. Daha sonra o, İran Elm və Sənaye Universitetində aerokosmik mühəndislik və peyk texnologiyaları sahəsində təhsilini davam etdirmiş və istedadlı tələbələrdən biri kimi tanınmışdı.

Mizan Xəbər Agentliyi — İran məhkəmə sisteminə bağlı media qurumu — İrfan Şəkurzadənin “ABŞ və İsrail üçün casusluq” ittihamı ilə edam edildiyini iddia edib. Bildirilir ki, o, “məxfi elmi məlumatların ötürülməsi”ndə iştirak etməkdə günahlandırılıb.

İrfan Şəkurzadə 1403-cü ilin bəhmən ayında SEPAH Kəşfiyyat Təşkilatı tərəfindən saxlanılmış və təxminən 9 ay təkadamlıq kamerada saxlanılmışdı. Yayılan məlumatlara görə, o, istintaq müddətində məcburi etiraf almaq məqsədilə ağır psixoloji və fiziki təzyiqlərə məruz qalıb.

Məlumatlarda qeyd olunur ki, onun elmi fəaliyyəti peyk sınaq proqramları və peyk sistemlərinin mövqe idarəetməsi sahəsi ilə bağlı idi. Magistr işi isə “Atmosfer sürüklənməsindən istifadə etməklə peyk qruplarının nisbi mövqe idarəetməsi” mövzusuna həsr olunmuşdu.

Həmçinin yoxlayın

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi …

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …