Çərşənbə , Oktyabr 14 2026
azfa

Atom Enerjisi Agentliyi İrandan uran ehtiyatlarının taleyi barədə məlumat verməsini istəyib

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) üzv ölkələrə göndərdiyi məxfi hesabatda İrandan 12 günlük müharibə zamanı nüvə obyektlərinə edilən bombardmanlardan sonra zənginləşdirilmiş uran ehtiyatlarının taleyi barədə dərhal məlumat verməsini tələb edib.

Fransa Xəbər Agentliyi (AFP) və Reuters-in iyunun 4-də açıqladığı hesabatın bəzi hissələrində qeyd olunur ki, Agentlik İranın nüvə materialları ilə bağlı şəffaf məlumat təqdim etməsini vacib hesab edir.

BAEA həmçinin vurğulayıb ki, İranda nüvə materiallarının yoxlanılması və təsdiqlənməsi üçün lazımi çıxış imkanlarının olmaması “nüvə silahlarının yayılması ilə bağlı narahatlıqlar” yaradır. Qurum İran İslam Respublikasını Agentliklə “konstruktiv əməkdaşlıq” etməyə çağırıb.

BMT-nin nüvə nəzarət qurumu bildirib ki, ötən ilin iyun ayında İsrail və ABŞ ilə İran arasında baş vermiş 12 günlük müharibənin başlanmasından sonra bəzi əsas nüvə obyektlərinə çıxış əldə edə bilməyib.

Hesabatda qeyd olunur ki, İran hələ də nüvə silahı istehsalı üçün tələb olunan səviyyədən cəmi bir addım aşağı olan 60 faiz zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyəti barədə Agentliyə məlumat verməyib.

Həmin müharibə çərçivəsində ABŞ-ın iyulun 1-də İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlar da daxil olmaqla bir sıra hərbi əməliyyatlar baş vermişdi. Agentlik həmin dövrdən bəri bəzi mühüm nüvə mərkəzlərində monitorinq və yoxlama fəaliyyətlərini tam şəkildə həyata keçirə bilmədiyini bildirib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …