Çərşənbə , Oktyabr 14 2026
azfa

Heqset: Ordu danışıqların arxasındakı böyük dəyənək olacaq

GADTB: ABŞ müdafiə naziri Pit Heqset cümə axşamı günü İslamabad anlaşma memorandumu ilə bağlı açıqlamasında bildirib ki, ABŞ ordusu danışıqların arxasında duran “böyük dəyənək” rolunu oynayacaq.

O, həmçinin vurğulayıb ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun həcmi ilə bağlı hər hansı dəyişiklik mövcud şəraitdən asılı olacaq.

Bu, Tehran və Vaşinqton arasında imzalanmış İslamabad anlaşma memorandumundan sonra Heqsetin ilk ictimai açıqlamasıdır. Sənəd cümə axşamı səhər həm ABŞ prezidenti Donald Tramp, həm də İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanaraq rəsmiləşdirilib.

ABŞ hökumətinin razılıq verdiyi memorandumun mətni imzalanmamışdan əvvəl də tənqidlərə səbəb olmuşdu. Tam mətn yayımlandıqdan sonra isə bu tənqidlərin daha da artdığı bildirilir.

Pit Heqset çıxışında qeyd edib ki, ABŞ İranla razılaşmaya “güc mövqeyindən” nail olub.

Nazir əlavə edib ki, ABŞ ordusunun gücü qarşıdakı 60 günlük danışıqlar prosesində əsas təzyiq vasitəsi olacaq. O xəbərdarlıq edib ki, İran öhdəliklərinə əməl etməzsə, ABŞ ordusu əməliyyatları yenidən başlamağa hazırdır.

Heqset deyib: “Əgər İran öz öhdəliklərinə əməl etməsə, biz dəmir dəniz mühasirəsini yenidən tətbiq etməyə tam qadirik.”

Digər tərəfdən, Tramp bu müharibədə ABŞ-ı qalib tərəf kimi təqdim etdiyi halda, İran rəsmiləri də ABŞ-ın məğlub olduğunu və özlərinin qalib gəldiyini iddia edirlər.

İranın danışıqlar heyətinin rəhbəri kimi təqdim olunan Məhəmmədbağır Qalibaf çərşənbə günü ABŞ ilə imzalanmış memorandumu “Birləşmiş Ştatların məğlubiyyətinin göstəricisi” adlandırıb.

Müşahidəçilərin fikrincə, memorandumun 14 maddədən ibarət tam mətninin dərc olunmasından sonra həm ABŞ daxilində, həm də regionda sənədə yönələn tənqidlər daha da güclənib.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …