Cümə axşamı , İyul 2 2026
azfa

Əsgər Əkbərzadə və Əli Vasiqi Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılırlar

GADTB: Azərbaycanlı milli fəallar Əsgər Əkbərzadə və Əli Vasiqi ötən gün ailələri ilə qısa telefon danışığında Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında olduqlarını bildiriblər.

Məlumata görə, Siyamək Mirzayi isə saxlanılmasından üç gün keçməsinə baxmayaraq, hələ də ailəsi və yaxınları ilə əlaqə saxlamaq imkanı əldə etməyib.

Hər üç fəal iyulun 7-də, bazar günü səhər saatlarında Muğan (Meşkinşəhr) və Ərdəbildə iş yerlərində və yaşadıqları evlərdə təhlükəsizlik qüvvələri tərəfindən eyni vaxtda saxlanılıblar.

Bildirilir ki, saxlanılmadan sonra təhlükəsizlik əməkdaşları onların evlərində və iş yerlərində axtarış apararaq kitabları, mobil telefonları, fleş yaddaş qurğularını, fərdi kompüterləri, eləcə də həyat yoldaşlarına məxsus mobil telefonları müsadirə ediblər.

Fəalların yaxınlarının sözlərinə görə, saxlanılmadan sonra həm onların, həm də həyat yoldaşlarının mobil telefonları açıq vəziyyətdə qalıb və bəzi saatlarda sosial şəbəkə hesablarında aktivlik müşahidə olunub. Onların fikrincə, bu hal telefonlardan fəaliyyətlərin izlənilməsi məqsədilə istifadə edilməsi ehtimalını gündəmə gətirir.

Həmçinin bildirilir ki, Əsgər Əkbərzadə 3-cü dərəcəli qaraciyər piylənməsindən əziyyət çəkir və mütəxəssis həkim tərəfindən təyin olunmuş dərmanlara müntəzəm ehtiyac duyur.

Həmçinin yoxlayın

Molla rejimi bombalanmış nüvə obyektləri ətrafında müdafiə xarakterli fəaliyyətə başlayıb

GADTB: İrqçi fars-molla rejimi bombalanmış nüvə obyektləri ətrafında müdafiə xarakterli fəaliyyətə başlayıb. Yayımlanmış yeni peyk …

Tramp min nəfərin müşayiəti ilə Türkiyəyə səfər edəcək

GADTB: ABŞ Prezidenti Donald Tramp iyulun 7-də təxminən min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə səfər …