Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycan istehsal etdiyi PUA və başqa silahlarını nümayiş etdiyib

GADTB: Azərbaycan istehsal etdiyi PUA və başqa silahlarını nümayiş etdiyib.

 “ŞAHİN-E” çoxfunksiyalı pilotsuz uçuş aparatı ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.

Çəkisi 17 kiloqram olan “ŞAHİN-E” 10 kiloqramadək yük götürmə qabiliyyətinə malikdir.

PUA saatda 75-90 kilometr sürətlə hərəkət edə bilir və 3 min metr məsafədən hədəflərin koordinatlarını təyin etmək imkanına malikdir.

Yüklü halda 1 saatadək fasiləsiz uçuş həyata keçirə bilən PUA 1 500 metrədək hündürlüyə qalxa bilir.

Həmçinin pilotsuz uçuş aparatı elektron mübarizə vasitələrinə qarşı xüsusi alqoritmlə təchiz olunub.

Azərbaycan Həmçinin insansız hərəkət edən silahlı özüyeriyən platforma istehsal edib.

Tırtıllı şassi üzərində qurulan pilotsuz yerüstü platforma əsasən ərazi üzrə hərəkət, yük daşınması, müşahidə və müxtəlif xüsusi təyinatlı avadanlıqların daşınması üçün nəzərdə tutulub.

Kataloqda yer alan məlumatlara görə, platformanın uzunluğu 2 metr, eni 1,2 metr, hündürlüyü isə 0,6 metrdir. Yüksüz çəkisi təxminən 950 kiloqram, maksimal faydalı yük qabiliyyəti isə 600 kiloqramdan çoxdur. Robot saatda təxminən 12 kilometr sürətlə hərəkət edə və 5 saatdan artıq işləyə bilir.

Azərbaycan həmçinin yeni interseptor dron istehsal edib. BARS tipli interseptor dron azərbaycanlı mühəndislər tərəfindən hazırlanıb.

Əsas xüsusiyyətlərindən biri PUA-ları havada aşkar edib onlara qarşı müdaxilə etməkdir. Termal kamera və Sİ əsaslı hədəf aşkarlama/izləmə sistemi də nəzərdə tutulub.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …