
GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz Ümumi və İnqilab Prokurorluğuna çağırıldıqdan sonra saxlanılıb və naməlum yerə aparılıblar.
Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əllafi 1405-ci il mehr ayının 26-da, bazar günü, Təbriz Ümumi və İnqilab Prokurorluğuna müraciət etdikdən sonra saxlanılıblar. Ailələrinin və həmkarlarının məsələ ilə bağlı müraciətlərinə baxmayaraq, məhkəmə orqanları və təhlükəsizlik qurumları indiyədək onların saxlanılma səbəbi, harada tutulduqları və hüquqi vəziyyətləri barədə açıqlama verməyiblər.
Bu məlumat yayılanadək Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əllafi barəsində irəli sürülə biləcək ittihamlarla bağlı müstəqil məlumat dərc olunmayıb. Həmçinin onların saxlanıldığı yer, vəkillə və ailələri ilə əlaqə imkanları barədə təfərrüatlar məlum deyil.
İki vəkilin saxlanılması İranda vəkillərə qarşı təhlükəsizlik və məhkəmə təzyiqlərinin artması ilə bağlı narahatlıqların davam etdiyi bir şəraitdə baş verib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi