
GADTB: Azərbaycanlı milli fəal Salar Tahir Əfşar ikinci ildir ki, doğum gününü Evin həbsxanasında keçirir. Bu milli mübarizə fəalının bacısı bununla bağlı yazıb:
“Gözəl qardaşım, doğum günün mübarək olsun!”
Bu il ikinci ildir ki, qardaşım Salar doğum gününü Evin həbsxanasında keçirir, amma heç vaxt mübarizə yolundan yorulmadı.
ETTELAAT əməkdaşları Saları aparan gün onun Evin həbsxanasına köçürüləcəyini heç təsəvvür etmirdim. Amma mənim üçün bir sual önəmli idi: əlində qələm tutan bir insanı niyə səbirsizliklə Evində həbsə aparırlar?
Salar bu yola qədəm qoyduğu gün mən yalnız onun dəstəkçisi idim. Hər telefon zəngində qardaşıma deyə bildiyim yeganə cümlə bu idi:
“Vətən sağ olsun!”
Amma mən Saların mübarizəsinə düşüncələrdən daha böyük bir inamla bağlıyam və qardaşımın yolunda bir əsgər kimi addımlayacağam.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi