
GADTB: “Wall Street Journal” qəzeti ABŞ və İsrail ordularının İrana qarşı yeni hücum dalğasına hazırlaşdığını göstərən yeni əlamətlərin ortaya çıxdığını bildirib.
Nəşr məlumatlı mənbələrə istinadən yazıb ki, ABŞ diplomatik və hərbi kanallar vasitəsilə Fars körfəzi sahilində yerləşən bir neçə ərəb ölkəsinə ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra qısamüddətli və şiddətli hərbi əməliyyatın başlanmasına hazır olmaları barədə məlumat verib.
Məlumata görə, ABŞ ordusu raketdən müdafiə imkanlarını gücləndirmək məqsədilə Texasdan bölgəyə bir “Patriot” sistemi köçürür.
Adlarının açıqlanmasını istəməyən bəzi məlumatlı rəsmilərin sözlərinə görə, ABŞ qüvvələri bölgədəki sursat ehtiyatlarını yeniləyib. Bombardmançı və qırıcı təyyarələr də hücumlar həyata keçirmək üçün hazırlıq vəziyyətinə gətirilir.
Bundan əlavə, ABŞ qüvvələri qarşıdurmanın kəskinləşməsi ehtimalına hazırlıq çərçivəsində hücumlara qarşı müdafiəsiz olan bəzi hərbi bazaları tərk ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi