Çökməkdə olan irqçi fars rejimin prezidenti Trampa hədə-qorxu gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, çökməkdə olan irqçi fars rejimin prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa hədə-qorxu gələrək, ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb. Bu barədə Ruhaninin saytında məlumat yerləşdirilib.

Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”: “Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız”.

Qeyd edək ki, bundan əvvəl ABŞ bütün müttəfiqlərini bu ilin noyabr ayından İrandan neft alınmasını dayandırmağa çağırıb. ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ İrandan neft alan Rusiya, Çin və digər ölkələrə qarşı  sanksiyalar tətbiq etməyə hazırdır. ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib ki, ABŞ-ın İran neft sektoruna qarşı sanksiyası noyabrın 4-dən qüvvəyə minir, bu müddətdən sonra İrandan neft alınması sanksiyanın pozulması sayılacaq.

İran adlanan ölkə ABŞ-ın bu təhdidi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. Eyni zaman Tehran bəyan edib ki, əgər İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazından dünya bazarlarına neft ixracının qarşısını alacaq. Hörmüz boğazı ilə dünyada ixrac edilən neftin 20 faizi daşınır. Xüsusən Bəhreyn, Qətər və Küveyt neftini yalnız bu boğaz vasitəsi ilə dünya bazarlarına çıxarır. Hörmüz boğazından keçməklə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İraq da neftini ixrac edir.

 

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın