Şənbə , İyun 13 2026
azfa

Farsdilli mətbuat irqçi yanaşma ilə azərbaycanlı fəalların həbs xəbərini boykot edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dövlətə bağlı olmayan guya azad farsdilli mətbuat irqçi yanaşma ilə Babək qalasında yaxalanıb, hələ də həbsdə olan azərbaycanlı fəalların həbs xəbərini boykot edir.

Məlumata görə, iyulun 5-i və 6-da keçirilən Babək Qalası Qurulyatı zamanı yaxalanan çoxsaylı fəallardan hələ də Tehran, Parsabad və Urmiyadan olan 4 nəfri qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar. Bu xəbər guya azad farsdilli mətbuat dəfələrlə göndərilsə də irqçi və anti-türk yanaşma sərgiləyərk, fəalların həbs xəbərini əks etdirməyiblər. Xəbər həmçinin farsların çalışdığı BBC (farsca xidməti), “Amerikanın səsi”, “Radio Fərda”, “Sədaye Mərdom” və s. mətbuat orqanlarının teleqram qrupuna da göndərilib. Onlar xəbəri qəbul ediblər, lakin qəsdən əks etdirməyiblər.

Azərbaycanlı mədəni fəalların həbs xəbərini əks etdirməyən irqçi farsların mətbuatı əksinə terror təşkilatları və hətta terrorçu “Pejak” üzvlərindən ibarət məhbusların soyuqdəymə xəstəliyi ilə bağlı xəbərləri belə işıqlandırılır.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın