Cümə , Avqust 21 2026
azfa

Səttar xanın məzarını ziyarət edən azərbaycanlı fəallar tutulub

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya, Tehran və Kərəc kimi şəhərlərindən olan bir qrup Azərbaycan türkü Səttar xanın məzarını ziyarət etmək məqsədilə onun məzarı ətrafına toplaşıblar. Lakin İran rejiminin təhlükəsizlik orqanlarının göstərişi ilə rejimin polis qüvvələri onları hədələyərək dağıdıb.

Yayılan məlumata görə, Səttar xanın məzarına toplaşan bir necə azərbaycanlı milli-mədəni fəal isə yaxalanaraq, bir neçə saatdan sonra sərbəst buraxılıblar. Azərbaycanlı fəallara ciddi şəkildə xəbərdarlıq edilib ki, bir daha Səttar xanın məzarını ziyarət etməsinlər.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …