Rejim fars şovinizminin baş nökəri və təbliğatçısını Azərbaycana gətirməkdən qorxdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimi Güney Azərbaycanda Azərbaycan Məşrutə İnqilabının ildönümündə Azərbaycan türklərinə göz dağı vermək üçün fars şovinizminin baş nökəri və təbliğatçısı manqurd Cavad Təbatəbayini Təbrizin Məşrutə Evində təşkil edilən mərasimə gətirməyi qərara almışdı. Lakin azərbaycanlı fəalların kəskin etirazı irqçi fars rejimini qorxuya saldı.

Məşrutə Evində bazar günü keçirilən “Azərbaycanda Məşrutiyyətin İldönümü Mərasimi”ndə fars şovinizminin baş nökəri Cavad Təbatəbayinin çıxışı ləğv edilib. Keçirilən mərasimə isə çox sayda azərbaycanlı fəal qatılaraq rejimin fitnəkarlığının qarşısını almağa çalışıblar.

Nəticədə irqçi fars rejimi gerib çəkilib və mərasim Azərbaycan türklərinin istəyinə uyğun keçirilib.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın