Bazar ertəsi , May 4 2026
azfa

Şərqi Azərbaycan vilayətinin təhsil müəssisələrinə dövlət lazımi büdcəni vermir

GADTB-nin mətbuat mərkəzinin “bonabnews” saytına istinadla yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətinin təhsil sahəsinə lazımi büdcə ayrılmır. Məlumata görə bu barədə Şərqi Azərbaycan Vilayətinin Millət Vəkilləri Birliyinin sədri Ziyaulla Əzazi Məliki açıqlama verib. Əzazi Məliki qeyd edib ki, vilayətin təhsil sahəsinə ayrılan büdcə çox cüzidir. O qeyd edib ki, Binabıb təhsil müəssisələri üçün lazım olan büdcənin yalnız 29 faizi verilməkdədir.

Şərqi Azərbaycan vilayətinin məktəblərinin yenidən tikintisi və təchizi üzrə baş müdir Məhəmmədrza Eydi isə qeyd edib ki, Şərqi Azərbaycan vilayətinin məktəblərinin 34 faizi, Binab məktəblərinin isə 24 faizi yenidən təmir və bərpa edilməlidir. Binabda təhsil məsələləri ilə bağlı çıxış edən Eydi qeyd edib ki, Binabın məktəblərinin təmiri üçün 2 milyard 800 milyon rial ayrılıb. Bu isə yalnız iki məktəbin təmirinə çatar.

Qeyd edək ki, İran dövlətinin ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycan vilayətlərində digər sahələrdə olduğu kimi təhsil sahəsi də geri saxlanılmaqdadır.

Həmçinin yoxlayın

Tehranın danışıqlarda geri addım atdığı bildirilir: uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüzün açılması təklif edilib

GADTB: Yayılan məlumatlara görə, İran müharibənin başa çatdırılması üçün irəli sürdüyü yeni təklifdə uranın zənginləşdirilməsinin …

İran sahilləri yaxınlığında yük gəmisinə hücum edildiyi bildirilir

GADTB: Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı bazar günü açıqlama yayaraq İran sahilləri yaxınlığında hərəkətdə …