ABŞ sanksiyası Türkiyəyə təsir etmədi: ixracat artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə ixrac göstəriciləri 2018-ci il iyul ayında 2017-ci ilin eyni ayına nəzərən 11.6 faiz artaraq 14 milyard 77 milyon dollar, idxal isə 6.7 faiz azalaraq 20 milyard 59 milyard dollara bərabər olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu və Ticarət Nazirliyinin birlikdə hazırladığı müvəqqəti xarici siyasət göstəricilərində bildirilib.

Məlumata görə, Türkiyənin xarici ticarət kəsri iyul ayında 32.6 faiz azalaraq 5 milyard 982 milyon dollara qədər geriləyib. İxracın idxalı qarşılama nisbəti 2017-ci ilin iyul ayında 58.7 faiz olduğu halda, 2018-ci ilin iyulunda 70.2 faizə yüksəlib.

Avropa Birliyinə ixrac 2017-ci ilin eyni dövrü ilə nisbətdə 14.7 faiz artaraq 6 milyard 852 milyon dollara bərabər olub. AB-nin ixrac payı 2017-ci ilin iyulunda 47.4 faiz olduğu halda, 2018-ci ilin iyulunda 48.7-ə yüksəlib.

Türkiyənin ən çox mal ixrac etdiyi ölkə Almaniya olub. Qardaş ölkə 2018-ci ilin iyulunda bu ölkəyə 1 milyard 294 milyon dəyərində məhsul ixrac edib, Almaniyanı siyahıda 1 milyard 9 milyon dollarla Böyük Britaniya, 850 milyon dollarla ABŞ, 750 milyon dollarla İtaliya izləyib.

Türkiyənin ən çox məhsul idxal etdiyi ölkə isə Çin olub. Bu ölkədən iyul ayında 1 milyard 975 milyon dollar dəyərində məhsul idxal olunub. Bu göstəricidə ikinci yeri 1 milyard 886 milyon dollarla Rusiya, üçüncü yeri 1 milyard 691 milyon dollarla Almaniya, dördüncü yeri isə 1 milyard 122 milyon dollarla ABŞ tutub.

Qeyd edək ki, Türkiyənin idxal-ixrac əməliyyatlarında illik mənfi saldosu 30 milyard civarındadır. ABŞ sanksiyalarından sonra Türkiyənin ixrac potensialını artıracağı proqnozlaşdırılırdı və bu baş verməkdədir.

 

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın