Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Əkbər Cəhangiri məhkəmənin ədalətsiz hökmündən apellyasiya şikayəti verib

GADTB-nin Mətbuat Mərkəzinin “Araznews” saytına istinadən yaydığı məlumata görə, Günahı olmadan həbsə məhkum edilən azərbaycanlı milli-mədəni fəal Əkbər Cəhangiri Əkbər zülmə məruz qalmış Qarabağ və uyğur müsəlmanlarının himayə edilməli olduğuna dair şüar səsləndirdiyi üçün rasist fars rejiminin məhkəməsi tərəfindən 4 ay həbsə məruz qalıb.  

Məlumata görə Əkbər Cəhangiri apellyasiya şikayətini əsaslandırarkən Qarabağın zülm və işğala məruz qalmış müsəlman türkləri, eləcə də Şərqi Türküstanın zülmə məruz qalan türklərinin hüquqlarını himayə etməyə çağırışın heç bir qanunla cinayət olmadığı qeyd edib.

Qeyd edək ki, Əkbər Cahangiri 2016-cı il Qüds günündə zülmə məruz qalan Qarabağ və Şərqi Türküstanın müsəlman türklərini himayə etməyə çağırışı üçün rejimin təhlükəsizlik qüvvələri tərəfindən Əhər şəhərində həbs edilmişdir. Rejimin Əhər şəhərindəki məhkəməsi isə İbrahim Nuriyə 6 ay, Əkbər Cəhangiriyə isə 4 ay həbs qərarı çıxarıb.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …