İrqçi fars rejimin Xoy şəhərindəki məhkəməsi 35 azərbayanlını bir neçə dəqiqəyə mühakimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin Xoy şəhərində yerləşən məhkəməsi rejimə qarşı yanvar ayında keçirilən etirazlarda 35 nəfər azərbayanlını bir neçə dəqiqəyə mühakimə edib.

Məlumata görə, azərbaycanlı etirazçılar sentyabr ayının 10-da rejimin Xoy şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə edilib. Məhkəmə iclasında yaxalananlardan 34-ü iştirak edib. Azərbaycanlı etirazçıların hər birinin mühakiməsi cəmi 1-3 dəqiqə çəkib.

Məhkəmədə hakim və müttəhimlərin olub və onlara özünü müdafiə etmək üçün fürsət verilməyib. Müttəhimlər çıxarılacaq qərarın ədalətsiz və təhlükəsizlik orqanlarının tapşırığına uyğun olacağı bildirilir.

İrqçi fars rejimin məhkəmə iclasında Məhəmməd Baqir Əbazəri, Əmir İbrahimzadə Xoyi, Əli Oruczadə Əmirbəyli, Məryəm Əsədlu, Əlirza Cabbari, Əkbər Cəfərpur, Hamid Cəfəri, Vəhid Cəfəri, Məhəmməd Hacı Allahyari, Nasir Hacızadə, Hadi Hacı Əlizadə Parçlu, Sədra Hacı Əliqulilu, Milad Hacilu, Ruhulla Hüseynzadə, Mehdi Heydəri Ağbaş, Şayan Xəlilzadə, Vəhid Rüstəmlu, Mehdi Zamanxani, Arif Sultanəlizadə, Hatif Sultanəlizadə, Həmid Sadiq, Arzu Səhrayi, Əmir Hüseyn Alinəjad, Mənuçehr Qaraməhəmmədli, Məhəmməd Qələci, Abbas Köçəri, Hamid Gələvani, Milad Mafikəndi, Məhəmməd Möhsünnəjad Xoyi, Məcid Məhəmmədi, Əmir Mahmudi, Rza Mehrani və Məhəmməd İsmail Yekani iştirak edib.

Həmin iş üzrə məhkəməyə çağırılan Aydın Möhsünnəjad məhkəmə iclasında iştirak etməyib.

Qeyd edək ki, yuxarıda adları çəkilən azərbaycanlılar 2017-ci il dekabrın 31-də Xoyda keçirilən etiraz aksiyadan sonra rejim tərəfindən yaxalanıb və daha sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmışlar.

Etirazda iştirak edənlər “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq”, “sistemə qarşı təbliğat fəaliyyəti”, “rəhbəri təhqir etmək”, “İctimaiyyəti təşvişə salmaq”, “ictimai intizamı pozmaq” və “Ümumi asayişi pozmaq” kimi ittihamlarla qarşılaşıblar.

 

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın