Şənbə , Aprel 25 2026
azfa

İrqçi fars rejim 20 ildə Urmiya gölünü qurutdu: Suyunun səthi 8 metr aşağı düşüb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejim 20 ildə Urmiya gölünü qurutduğu üçün göldə suyun səthi 8 metr aşağı düşüb. Məlumata görə, göldə suyun səviyyəsi sentyabrın 8-də 1270.31 metr olub. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 0.3 faiz azalma göstərir.

Göldə suyun səviyyəsi son 20 ildə orta hesabla hər il 40 sm aşağı düşdüb.

Eyni zamanda Urmiya gölünün ümumi sahəsi 1771.35 kvadrat kilometrdir. Halbuki göl qurudulmamış gölün sahəsi 4 min 526.7 kvadrat kilometr olub.

Sentyabr ayının 8-də isə göldə mövcud suyun həcmi 1.12 milyard kubmetr olub. Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 0.02 faiz azalma göstərir. Göldə ötən uzun müddətlə müqayisədə suyun həcmi 15.15 milyard kubmetr azalıb.

Qeyd edək ki, irqçi fars rejimi qəsdən Urmiya gölünü qurudub və Azərbaycan türk millətinin kütləvi etirazları qarşısında gölün bərpasına söz versə də öz sözünü tutmayıb.

 

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

Bir cavab yazın