Çərşənbə , Oktyabr 28 2026
azfa

İran rejimi Qərbi Azərbaycanda kürd terrorçuları dövlət vəzifələrinə təyin edir

GADTB-nin Mətbuat Mərkəzinin “Araznews” saytına istinadən yaydığı məlumata görə İran adlanan ölkənin islahatçıları Qərbi Azərbaycana kürd vali təyin etdikdən sonra başqa vəzifələrə də bu bölgəyə köçən kürdləri təyin etməyə çalışırlar.

Artıq Urmiyanın xüsusilə 2-ci bələdiyyə məntəqəsinə kürd terrorçuların təyin edilməsindən sonra kürd Barizanilərə tərəfdarı şəxslərin Urmiya Universitetinə rektoru təyin edilməsi istiqamətində təbliğat aparılır.

Məlumata görə, Tehranın islahatçı cərəyanına yaxın olan, “Əhmədxani” müəssisəsinin fəallarından və Barizanilər yaxın olub, dəfələrlə Ərbilin Səlahəddin Universitetinə səfər edən, eləcə də həmin Universitetin rektoru Abbas Vəliyə yaxın olan şəxslər artıq fitnəkarlığa başlayıblar.

Qeyd edək ki, İran rejiminin himayəsi ilə Qərbi Azərbaycana köçən kürdləri Azərbaycanın böyük bir hissəsinin kürdləşdirilməsi layihəsini icra etməyə çalışırlar.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …