Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkmanlar İraqda soyqırım təhlükədəsi ilə qarşılaşdılar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Kərkük şəhərindəki türkmanlar PKK terror qruplaşmasının şəhərə sızmaq cəhdlərindən böyük narahatlıq keçirir. Əhali terror qruplaşmasının türkmanlara qarşı qətliam törətməsindən ehtiyat edir.

Axar.az xəbər verir ki, bu barədə İraq Türkman Cəbhəsinin Kərkük üzrə nümayəndəsi Məhəmməd Saman danışıb.

Kərkükdəki türkmanlar PKK terrorçularının təxminən bir il əvvəl şəhəri tərk edən peşmərgə və asayiş qüvvələrinin keçmiş mənsubları adı altında bölgəyə geri döndüklərini və türkmanları narahat etməyə başladıqlarını bildiriblər.

“PKK terror qruplaşması yenidən Kərkükün müxtəlif bölgələrində yerləşməyə başlayıb. Terrorçular kirayə qalmaq üçün xüsusilə İraq Türkman Cəbhəsi binaları yaxınlığında mənzillər seçirlər”, – Saman bildirib.

Saman eyni zamanda kürd siyasi partiyalarının Bağdadda yeni hökumətə qatılmaq üçün irəli sürdükləri “peşmərgə qüvvələrinin yenidən Kərkükə qayıtması” şərtinin də narahatlıqlarını artırdığını dilə gətirib:

“Peşmərgə və kürd asayiş qüvvələri arasında PKK terror qruplaşması üzvləri də olacaqdır. PKK-nın türkmanlara qarşı qətliam təşkil edə biləcəyindən narahatıq. Yenidən o günləri yaşamaq istəmirik. Kərkükdə təhlükəsizliyin tək mərkəzi Bağdad hökuməti olmalıdır. Silahın dövlətin əlində olmasını istəyirik”.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın