Çərşənbə axşamı , May 7 2024
azfa

Azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə SMS-lə məhkəmə qərarı göndərilib – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi 2018-ci il sentyabrın 23-də azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə SMS-lə məhkəmə qərarı göndərilib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 18-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsi Abbas Lisanini SMS-lə məhkəməyə çağırmışdı. Fəalın mərhum Həsən Dəmirçinin dəfn mərasimindəki çıxışı ilə bağlı mühakimə olunacağını bildirmişdir. Lakin A.Lisani qanuni şəkildə və rəsmi yazılı kağızla çağırılmadığı üçün təyin edilmiş vaxtda məhkəməyə müraciət etməyəcəyini açıqlamışdı.

Rejimin məhkəməsinin çağırış SMS-indən sonra məhkəmənin yalnız şənbə günü və qiyabi olaraq işə baxmağa vaxtı olardı və rəsmi tətil olduğu üçün məhkəmə başqa günlərdə bu işə baxa bilməzdi. Lakin artıq məhkəmə qərarının göndərilməsi bu məhkəmə prosesinin formal və qanunsuz keçirildiyini sübut eduir.

Rejimin öz qanunlarına görə, müttəhimə məhkəmə iclasından azı bir həftə əvvəl xəbər verilməlidir. Halbuki, azərbaycanlı fəal Abbas Lisaniyə göndərilən SMS-də də bu qanuna riayət edilməyib.

Xatırladaq ki, azərbaycanlı fəal iyul ayının 2-də öz iş yerində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxlanılıb. Babək Qalası Qurultayına bir neçə gün qalmış tutulan fəal rejimin Şərqi Azərbaycanda yerləşən Məhkəməsinin qərarı əsasında Ərdəbil prokurorluğu tərəfindən rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinə köçürülmüşdür.

“Mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan azərbaycanlı fəal 12 gün saxlandıqdan sonra iyul ayının 14-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından zaminə buraxılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı fəalların molla rejimi tərəfindən qeyri-müəyyən vəziyyətdə həbsi dördüncü aya keçib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalların molla rejimi tərəfindən qeyri-müəyyən vəziyyətdə həbsi …

Molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində Ərdəbildə su böhranı yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars0molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində …

Bir cavab yazın