Şənbə , Aprel 27 2024
azfa

Güney Azərbaycanda türk dilində təhsilin qadağan olmasına etirazlar davam edir-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkədə yeni dərs ilinin başlanması ilə azərbaycanlı fəallar müxtəlif tədbirlərlə irqçi fars rejimin Azərbaycan türkcəsində təhsili qadağan etməsinə etiraz ediblər. Güney Azərbaycanda son bir həftədə pulların üzərində təhsil tələbilə şüarların yazılması, türk dilində məktəblərə və məktəblilərə kitabların paylanması, türk dilinin rəsmi dil statusu qazanması və tədrisi tələbilə plakardların götürülməsi və s. tədbirlərlə azərbaycanlıların irqçi rejimə etirazları davam edir.

Ərdəbildə azərbaycanlı fəallar tərəfindən məktəblərdə və küçələrdə məktəblilərə türk dilində kitabların paylanmasından sonra türk dilində məktəb tələbilə kağızlar yazılaraq şəhərin müxtəlif yerlərinə yapıdırılıb.

Həmçinin Təbrizdə və s. şəhərlərdə pulların üzərində də türk dilində təhsil tələbilə şüarlar yazılıb.

Güney Azərbaycanla yanaşı qaşqay türkləri də müxtəlif şəhərlərdə türk dilində təhsil və türk dilinin ölkədə rəsmi dil olmasını tələb ediblər.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın