Bazar , Oktyabr 25 2026
azfa

Çökməkə olan irqçi fars rejim yenə Hörmüz boğazını bağlamaqla hədələdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, çökməkə olan irqçi fars rejim yenə Hörmüz boğazını bağlamaqla hədələdi. İrqçi fars rejimin Xarici İşlər nazirinin müavini Abbas Əraqçi bu barədə bəyanat verərək, deyib ki, Bizim Hörmüz boğazını bağlayacağımızla bağlı bəyanatlarımız təhdid yox, reallıqdır.

O sözlərinə davam edərək deyib ki, aydındır ki, Fars körfəzinin bütün ölkələri öz neftini satmaq istəyirlər. Ona görə də elə etmək lazımdır ki, regionun bütün ölkələri xoşbəxt olsunlar. İstənilən razılaşma hərtərəfli olmalıdır. Əgər siz bir ölkəni Trampın istədiyi kimi belə razılaşmadan kənara qoyub, neft satışını sıfıra endirmək istəyirsinizsə, bu, bütün region üçün problem yaradacaq. Bu, aydın faktdır və heç bir sübuta ehtiyacı yoxdur.

Əraqçı həmçinin deyib ki, ABŞ-ın İran adlanan ölkəyə qarşı yeni sanksiyaları neftin qiymətinə və bütün Yaxın Şərqə ciddi təsir edir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın