Şənbə , Oktyabr 24 2026
azfa

İrqçi fars rejimin televiziyasında “Qarabağ”ın təhqir edilməsinə Güney Azərbaycandan etiraz- Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin 3-cü televiziya kanalının aparıcısı Əhmədi aşağılayıb. Aparıcı veriliş zamanı “Qarabağ” dünən gün “Arsenal” ilə qarşılaşacaq” məlumatını verdikdən sonra gülməyə başlayıb və “Qarabağ” futbol klubunu lağa qoyub. Bu irqçi hərəkət isə Güney Azərbaycanda rejimə qarşı etiraza səbəb olub.

“Qarabağ”- “Arsenal” qarşılaşmasını izləməyə gələn İran millisində oynayan soydaşımız arenada çəkiliş edərək aparıcının hərəkətinə öz münasibətini göstərib:

“İndi Bakıda “Qarabağ”la “Arsenal”ın oyunudur. Uduzaq, ya udaq – heç fərq eləməz. O aparıcı ki televiziyada lağa qoyur, burada olsaydı, utanardı. Bu azarkeşləri ki, görürsünüz, “Qarabağ”ın azarkeşləridir. Arzu edirəm ki, müvəffəq olaq. Yaşasın “Traktor”umuz, yaşasın “Maşınsazı”mız, yaşasın “Qarabağ”ımız, yaşasın Azərbaycan! Uduzmaq-udmaq bizim üçün mühüm deyil, mühüm olan birliyimizdir. O aparıcı isə bir az utansa, düşünürəm ki, yaxşı olar”.

Güney Azərbaycandan “Qarabağ” – “Arsenal” qarşılaşmasını izləməyə gələn azərbaycanlılar  Qarabağ komandasına dəstək veriblər.

Güney Azerbaycanin ünlü idmançısi #qarabağda #tiraxturda bizimdir

Publicerat av ‎SAV TVساو تی وی‎ Fredag 5 oktober 2018

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın