Millət vəkilindən Ərdoğana tənqid: Türklər Türkiyədə azlığa çevriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə bir azdan türklər azlıq təşkil edəcəklər. Bunu Türkiyə parlamentində çıxışı zamanı İYİ Partiyasından olan deputat Lütfi Türkqan deyib.

“Türkiyədə rəsmi mənbələrə əsasən, 3,6 milyon, qeyri-rəsmi mənbələrə görə isə 4 milyon suriyalı yaşayır. Türkiyənin suriyalı miqrantları qəbul etmə məsələsində izlədiyi yanlış siyasət davam etsə, bu rəqəm 2040-cı ildə 7,5 milyon nəfərə çatacaq. Bu gün Türkiyədə 20 nəfərdən biri suriyalıdır, 2023-də ölkədəki hər 13 nəfərdən biri suriyalı olacaq. Belə getsə, Qaziantep, Şanlıurfa, Hatay və Kilisdə türklər azlıqda olacaqlar. Mersin və Adanada isə yaranan balans tamam pozulacaq. Öz adamlarımızı öz torpaqlarımızda azlığa çeviririk. Vəziyyət əslində bu qədər ağırdır. Belə bir şəraitdə Türkiyənin birliyini və milli dövlət təməlini qoruması mümkün deyil.

Bu günə qədər suriyalılara ölkəmizdə 35 milyard dollar xərclənib. Çindən mal almaq üçün 3,6 milyard dollarlıq kredit alanda zurna-balaban çalırsınız, amma suriyalı miqrantlara 35 milyard dollar xərcləyirsiniz. Bu pulu öz insanımıza xərcləsəydik, nələr edə biləcəyimizi anlaya bilirsinizmi? Bu pulla 400 xəstəxana, Boğazda yeddi körpü, 30 min məktəb inşa edə bilərdik”, – deyə o bildirib.

 

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın