İstanbulda yeni hava limanının açılışı olur, Ərdoğan çıxış edir – Canlı yayım

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu hava limanına 6 milyard avro vəsait xərclənib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun yeni hava limanına gəlib. O, burada keçiriləcək açılış mərasimində iştirak edəcək.

Ərdoğan terminala getmək üçün elektrikli avtomobil sürüb. O, bura həyat yoldaşı Əminə Ərdoğanla gəlib.

Qeyd edək ki, 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən aeroportun tikintisinə və xidmətə hazır vəziyyətə gətirilməsinə 6 milyard avro vəsait xərclənib. Hava limanının digər etaplarının açılması isə sərnişin artımından asılı olaraq 2023-cü ilə qədər tamamlanmalıdır.

İlk mərhələdə hər gün 5 uçuş və 5 enişin planlaşdırıldığı hava limanında ilk daxili reys oktyabrın 31-də Ankaraya, ilk xarici reys noyabrın 1-də Şimali Kipr Türk Cümhuriyyətinə həyata keçiriləcək. Noyabrın 8-də isə İstanbulun yeni aeroportundan Azərbaycana uçuş baş tutacaq.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın