Şənbə , Aprel 27 2024
azfa

İrqçi fars rejim özünü qurtarmaq üçün qonşularından yararlanmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejim özünü sanksiyaların təsirindən qurtarmaq üçün qonşularından yararlanmağa çalışır. Bu istiqamətdə düşmənçilik etdiyi qonşuları ilə rejim əlaqələri genişləndirir.

Məlumata görə, rejim Təbrizdə “İqtisadiyyat Diplomatiyası” adı altında İranın Qeyri-Neft İxracının İnkişafı Milli Konfransı keçiriləcək.

Azərbaycan Respublikasının iş adamları da Təbrizdə qeyri-neft ixracının inkişafı ilə bağlı konfransa qatılacaq

Bu barədə Təbrizin Ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri Səməd Həsənzadə açıqlama verib.

Onun sözlərinə görə, 21-22 noyabrda keçiriləcək konfransa İranın və Şərqi Azərbaycan vilayəti ilə iqtisadi mübadilələri olan ölkələrin, o cümlədən Türkiyə, İraq, Azərbaycan və Naxçıvanın iş adamları və səfirləri, İran vilayətlərinin ticarət palatalarının rəyasət heyətləri qatılacaqlar.

S.Həsənzadə əlavə edib ki, bu konfransda bank, vergi, gömrük sahələrindəki problemlər araşdırılacaq və ümumilikdə bu problemlərdən çıxış yolları haqda təkliflər irəli sürüləcək.

 

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın