Cümə axşamı , Avqust 20 2026
azfa

İşğalçı fars rejim tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejim tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin ailəsinə təzyiq göstərməkdə davam edir.

2018-ci il dekabrın 8-də rejimin Ümumi Məkanlara Nəzarət Bölməsi azərbaycanlı fəal Abbas Lisaninin oğlu Əli Lisaninin qızıl məmulatlarının təmiri mağazasına xəbərdarlıq vərəqəsi göndərərək, ondan mağazada olan lazımı sənəd və əşyalarını götürməsini istəyib. Mağazanın rejim tərəfindən bağlanacağı bildirilib. .

Fəalın oğlu Əli Lisani bir gün sonra 2018-ci dekabrın 9-da Əsnaflar Otağına müraciət edərək, mağazasının möhürlənəcəyi ilə bağlı göndərilən vərəqə və iş yerinə lisenziya verilməsi ilə əlaqədar yaranan problemlərin səbəbini soruşub. Ona bildiriblər ki, Əsnaflar Otağına görə mağazanın fəaliyyəti üçün lisenziya verilməsinə heç bir maneə yoxdur. Lakin bu məsələ ilə bağlı Ümumi Məkanlara Nəzarət edən Bölməyə müraciət olunmalıdır. Bundan sonra Əli Lisani deyilən idarəyə gedib və problemi açıqladıqdan sonra lisenziyanın verilməməsinə dair səbəblərin yazılı şəkildə açıqlanmasını tələb edib. Lakin idarənin rəisi Bidar ona rəsmi şəkildə cavab verməkdən imtina edərək, onlara  mağazanın möhürlənməsi ilə bağlı göstəriş verildiyini deyib.

Həmçinin yoxlayın

Tramp İrana qarşı «ən sarsıdıcı iqtisadi əməliyyatın» başlandığını açıqladı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran rejiminə qarşı «indiyədək hər hansı bir ölkəyə qarşı həyata …

Britaniya İrana qarşı 7 yeni sanksiya tətbiq etdi

QADTB: Böyük Britaniya hökuməti çərşənbə günü, avqustun 19-da İranla bağlı sanksiyalar siyahısına 7 yeni şəxs …

Bir cavab yazın