Şənbə , Oktyabr 24 2026
azfa

İran rejimi şəhid adlandırdığı nardaranlı casuslarına Zəncanda da yas saxlayacaq

GADTB-nin Mətbuat Mərkəzinin rejimin “Fars” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, Zəncanda rejimin Sarullah Heyətinin Şəhid Müntəziri Beynəlxalq bölməsinin rəisi Əlirza Məhəmmədi bu barədə açıqlama verib. O deyib ki, Zəncanda həmin yas mərasimi höcətülislam şeyx Tohid Bayilinin çıxışı ilə keçiriləcək.

O qeyd edib ki, Sarullah Heyətinin Şəhid Müntəziri Beynəlxalq bölməsi müxtəlif şöbələrdən təşkil edilir. Şöbələrdən biri şəhid Seyid Abbas Musəvi adlanır və heyətin mübarizə bölməsi hesab edilir.

Həmin məlumata əsasən, adı çəkilən müəssisə Nardaranda İrana bağlı şəxslərin Azərbaycana qarşı əməllərini himayə edərək, Nardaranın Azərbaycan hüquq mühafizə orqanları tərəfindən mühasirə edilməsini Fələstində Qəznənin mühasirəsindən daha pis hərəkət hesab edir və bu məsələni İslam aləminin dərdi kimi qələmə verir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın