Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Güney Azərbaycan şəhərlərində 26 Azər türkcə kitabların yandırılması və mənəvi soyqırım münasibətilə türkcə kitablar paylanılıb – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 1946-ci ildə türkcə kitabların yandırıldığı azər ayının 26-nın ildönümü münasibətilə Güney Azərbaycanın bir çox şəhəri, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Marağa, Kərəc və s. şəhərlərdə azərbaycanlı fəallar tərəfindən türkcə kitablar paylanılıb.

Azərbaycanlı fəallar məktəblərə gedərək azərbaycanlı şagirdlərə kitablar hədiyyə ediblər. Onlar Güney Azərbaycanda 1946-cı il dekabrın 17-də (26 Azər) işğalçı fars rejimi tərəfindən həyata keçirilən kitab yandırma faciəsi və mənəvi soyqırımın 72-ci ildönümü münasibətilə simvolik şəkildə türkcə kitablar paylayıblar.

Türkcə kitabların paylanması Təbriz, Ərdəbil, Urmiya, Marağa, Kərəc və s. şəhərlərinin məktəblərində baş tutub.

Qeyd edək ki, Güney Azərbaycanda Azərbaycan Milli Hökumətinin işğalçı fars rejiminin hücumundan sonra süqutu ilə rejim güney azərbaycan şəhərlərində soyqırım törətmiş və 30 min günahsız azərbaycanlını soyqırıma məruz qoymuşdur. Bununla kifayətlənməyən rejim 1946-cı ilin dekabrın 17-da bütün türkcə kitabları toplayaraq Güney Azərbaycan şəhərlərində yandırmışdır.

Həmçinin yoxlayın

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

GADTB: Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb. Mətbuatda tatılan məktubun mətnini təqdim …

Tramp İranın basdırılmış uranı haqqında: Bütün obyektləri nəzarətimiz altındadır, hər hansı bir hərəkət görsək, nə edəcəyimizi bilirik

GADTB: ABŞ prezidenti Donald Trampdan İslam Respublikasının ABŞ geri çəkildikdən sonra bir neçə ay ərzində …

Bir cavab yazın