Cümə axşamı , Oktyabr 29 2026
azfa

İndoneziyada Şərqi Türküstan türkləri üçün Çin səfirliyi qarşısında etiraz aksiyası keçirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin Cakarta yerləşən səfirliyi qarşısında toplanan indoneziyalı nümayişçilər, Şərqi Türküstandakı müsəlman uyğur türklərinə qarşı Çin dövlətinin zülmə və soyqırım siyasətinə etiraz etdilər.

Etiraz aksiyası İndoneziya Müsəlman Tələbələr Birliyinin (HMI) təşkilatçılığı ilə keçirilib. Çinin Cakartada yerləşən səfirliyi qarşısında keçirilən aksiyaya qatılan gənclər əllərində “Çinin uyğur müsəlmanlarına etdiyi hər cür təzyiq və zülmü dayandırmasını istəyirik” və s. çüarlar yazılmış plakatlar açmış, şüarlar səsləndirmişlər.

Səfirliyin qapısına yaxınlaşan nümayişçilər ilə təhlükəsizlik əməkdaşları arasında qısa müddətli toqquşma baş verib.

Endonezya

Doğu Türkistan'daki zulme seyircisi kalmak istemeyen Endonezyalılar, Çin'in Cakarta Büyükelçiliği önünde düzenlediği gösteride, ellerinde ''Çin’in Uygur Müslümanlarına yaptığı her türlü baskı ve zulmü durdurmasını istiyoruz.'' pankartıyla Çin aleyhine sloganlar attılar.

Publicerat av Hür Uygur – Haber Onsdag 19 december 2018

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın