Bazar , Avqust 23 2026
azfa

Çin qazax türklərinin Şərqi Türküstandan Qazaxıstana köçməyə məcbur etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin uyğur türkləri ilə yanaşı düşərgələrə həbs etdiyi qazax türklərini Şərqi Türküstanda ana vətənlərini çinlilərə verib Qazaxıstana köçməyə məcbur etdi.

Qazaxıstanın xarici işlər nazirinin müavininin verdiyi məlumata görə,  Çin dövləti Şərqi Türküstan və ya Uyğur Muxtar Bölgəsində “yenidən təhsil” adı altında əritmə və məhvetmə düşərgələrində saxlanılan qazaxların ana yurdlarından Qazaxıstana köçmələrinə icazə verib.

2 min nəfər qazax türkü Çin vətəndaşlığını atıb Qazaxıstana köçəcəklər.

Hələlik çinli səlahiyyətlilər bu mövzu barədə açıqlama verməyiblər.

Qeyd edək ki, Çin Şərqi Türküstanı II Dünya müharibəsi dövründə işğal edib və həmin dövrdən uyğur türkləri niməhv etməklə məşğuldur. Son dövrlərdə isə 3 milyondan çox uyğur türkünü düşərgələrdə həbs edərək əritmə və məhvetmə siyasətini kəskinləşdirib.

Həmçinin yoxlayın

Təbriz həbsxanasında Tahir Nəqəvinin müalicədən məhrum edilməsi davam edir

GADTB: Azərbaycanlı hüquqşünas və siyasi fəal Tahir Nəqəvi 1402-ci ilin bəhmən ayından həbsdədir və hazırda …

Yusif Sələhşur bir illik həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Yusif Sələhşur elektron qolbaqdan istifadə etmək barədə müraciətinin rədd edilməsindən sonra bir …

Bir cavab yazın