İrqçi fars rejim sanksiyalara görə düşmənçilik etdiyi qonşularla əlaqələri genişləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim sanksiyaların təsirini azaltmaq məqsədilə düşmənçilik etdiyi qonşularla əlaqələri genişləndirib.

İkiüzlü siyasəti yeridən irqçi farslar qarışdırmaq istədikləri İraq, Azərbaycan Türkiyə və digər ölkələrlə özünü dost kimi aparmağa başlayıb.

Hətta rejim Pompeonun İraqa səfərindən sonra bu ölkəyə öz neft nazirini göndərib.

Rejimin neft naziri Bijan Nəmdar Zəngənə iraqlı həmkarı Samir Qezban ilə görüşündə iddia edib ki,  ABŞ sanksiyaları qeyri-qanunidir və biz bunlara riayət etməyəcəyik.

O bildirib ki, sanksiyaların davam etdiyi müddətcə İranın neft ixracının həcmi və hədəfi açıqlanmayacaq.

İraq Baş naziri Adil Abdülmehdi İran Neft naziri Bijan Nəmdar Zəngənəni Bağdadda qəbul edib.

Görüşdə iki ölkə arasındakı əlaqələrin hər iki tərəfin mənafeyinə uyğun şəkildə möhkəmləndirilməsi barədə müzakirə aparılıb.

Qeyd edək ki, Zəngənənin ABŞ Dövlət katibi Mayk Pompeonun Bağdad səfərindən sonra İraqa gəlməsi diqqət çəkib. Pompeo da ötəngünkü görüşdə İraqın enerji müstəqilliyinə dəstək verdiklərini bildirməklə, Tehrana mesaj göndərmişdi.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …

Bir cavab yazın