İşğalçı fars rejimin məmurları Xoyda azərbaycanlı fəalların evində axtarış aparıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin məmurları dünən 2019-cu il fevralın 16-də Güney Azərbaycanın Xoy şhərində azərbaycanlı fəalların evində axtarış aparıb.

Axtarışa səbəb Güney Azərbaycan şəhərlərində azərbaycanlı siyasi məhbusların, xüsusilə Abbas Lisaninin həbsinə geniş etiraz dalğasının olmasıdır. Xoy şəhərində divarlara şüarların yazılması və posterlərin hazırlanaraq, yapışdırılması rejimi kəskin şəkildə qəzəbləndirib.

İndiyədək iki azərbaycanlı fəallar Vahid Səfəri və Süleyman İraqinin evi Xoy şəhərinə rejimin məmurları tərəfindən axtarılıb.

Qeyd edək ki, azərbaycanlı fəallar Vahid Səfəri və Süleyman İraqi bundan öncə də rejimin təzyiqlərinə məruz qalmış və 2016-cı ildə “Tərhe No” qəzetində azərbaycanlıların təhqir edilməsinə etirazlarda da yaxalanmışlar.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın