Cümə axşamı , Avqust 27 2026
azfa

İrqçi fars rejim hərbçilərinin ölümünə görə Pakistanı günahlandırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçilərini daşıyan avtobusa təşkil edilmiş hücuma görə Pakistana nota göndərilib.

Bu barədə rejimin Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi məlumat yayıb.

“Pakistanlı səfir Rəfət Məsudla görüşdə İranın Pakistan hökumətindən gözləntiləri açıqlanıb. Bildirilib ki, İran İslam Respublikası Pakistan hökumətindən və onun ordusundan bu ölkənin sərhədyanı məntəqələrində ölkəmizə qarşı fəaliyyət göstərən terrorçu qruplaşmalara və onların hərbi bazalarına qarşı qətiyyətli addım atmasını gözləyir. Görüşdə həmçinin Pakistan hökumətindən istənilib ki, bu qruplaşmaların terror aktları törətməklə ölkələrimiz arasındakı etimada xələl gətirməsinə bir daha imkan verməsin”, – Qasımi bildirib.

Qeyd edək ki, fevralın 13-ü Sistan və Bəlucistan vilayətində hərbi personalı daşıyan avtobusun partladılması nəticəsində 41 hərbçi həlak olub.

 

Həmçinin yoxlayın

Molla rejimi Cəbrayıl Pakruhu səhhətinin ağır vəziyyətdə olmasına və xəstəxanada yatmasına baxmayaraq həbsxanaya çağırıb

GADTB: Azərbaycanlı fəal Cəbrayıl Pakruh miyasteniya qravis (MG) xəstəliyi səbəbindən Təbrizdəki Razi Xəstəxanasının nevrologiya şöbəsində …

ABŞ Enerji naziri Kris Rayt: İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi variant gündəmdən çıxarılmayıb

GADTB: ABŞ Enerji naziri Kris Rayt bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq …

Bir cavab yazın