Cümə axşamı , Oktyabr 29 2026
azfa

Kreml tatar türklərinin haqlı istəyini rədd edib

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, dünyanın rasist dövlətlərindən olan Rusiya tatar türklərinin tatar türkcəsini Rusiyada ikinci dövlət dili statusu verilməsinə dair haqlı təklifini rədd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tatar türkcəsini ikinci dövlət dili statusu verilməsi məsələsinin Kremldə müzakirə olunmadığını söyləyib: “Hazırda gündəmdə belə məsələ yoxdur”.

Qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nabrejnıye Çelnı (Yar Çallı) şəhər Ağsaqqallar Şurası tatar türkcəsinə Rusiyada dövlət dili statusunun verilməsi barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət etmişdi. Müraciət müəllifləri kiçik xalqların dilləri ilə bağlı aparılan bugünkü siyasətin ciddi narahatlıq doğurduğunu, Tatarıstan məktəblərində tatar türkcəsinin tədrisi saatlarının azaldılmasının isə respublikada rus və tatar xalqları arasında olan bərabərliyə ziyan vuracağını vurğulamışdılar.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Bir cavab yazın