Çərşənbə , Noyabr 27 2024
azfa

Çökməkdə olan irqçi fars rejim ABŞ-ı yamsılamağa çalışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ABŞ-ı yamsılamağa çalışdı. rejimin Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasına Yaxın Şərqdə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil etməyi təklif edib.

Bu haqda İranın Xarici İşlər Nazirliyinin Telegram-kanalında yerləşdirilən məlumatda deyilir.

İranın xarici siyasət idarəsi bildirib ki, ABŞ Yaxın Şərqdə terror qruplaşmalarını dəstəkləyir və özləri terror əməliyyatlarında iştirak edirlər.

Müraciəti müsbət cavablandıran Ali Milli Təhlükəsizlik Şurası ABŞ Silahlı Qüvvələrinini terrorçu təşkilatlar siyahısına daxil edib.

Qeyd edək ki, bu gün ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “xarici terrorçu təşkilat” kimi tanıyıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

 

Həmçinin yoxlayın

Azərbaycanlı həkim və fəal Əli Əkbər Süleymanlı qəzada həyatını itirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı həkim və fəal Əli Əkbər Süleymanlı qəzada …

Molla rejimin həbs etdiyi azərbaycanlı xanım müəllimə həbsini bitirdikdən sonra azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı təqaüdçü müəllimə …

Bir cavab yazın