Cümə axşamı , Oktyabr 29 2026
azfa

ABŞ irqçi fars rejimin Əl-Qaidə ilə əlaqələri olduğunu açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo aprelin 10-da Senatın sual-cavab toplantısında irqçi fars rejimin Əl-Qaidə terror təşkilatı ilə əlaqələr qurduğunu açıqladı.

Respublikaçı senator Ran Paul Pompeodan “2001-ci il 11 sentyabr terrorundan sonra Konqresin gücdən istifadə ilə bağlı verdiyi icazənin İrana qarşı da qəbul edilib-edilməyəcəyi ilə bağlı sual soruşsa da, o cavab verməyib və bildirib ki, bu məsələni hüquq mütəxəssislərinə həvalə etməyə üstünlük verir.

Pompeo deyib: “İranın Əl-Qaidə terror qruplaşmaları ilə əlaqəsi tamamilə real məsələdir. Onlar Əl-Qaidəyə ev sahibliyi ediblər, eləcə də qruplaşma üzvlərinin İran daxilindən keçmələrinə icazə veriblər. İslam Respublikası ilə qruplaşma arasında mövcud olan bu əlaqələr tamamilə kəsilməlidir”.

Pompeo Donald Trampın İrana qarşı təzyiqləri daha da şiddətləndirəcəyini bildirib.

 

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın