Şənbə , Oktyabr 24 2026
azfa

Tramp və Türkiyə rəsmiləri S-400 kompleksləri müzakirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Tramp Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və G20 zirvələri üçün Vaşinqtonda səfərdə olan Türkiyənin maliyyə naziri Berat Albayrakla görüşüb.

Görüşdə ABŞ-ın maliyyə naziri Stiven Munç və prezidentin məsləhətçisi Cerard Kuşner də iştirak edib.

Toplantı barədə tvitter hesabından informasiya verən Albayrak “cənab prezidentə mesajlarımızı çatdırdıq. Onlardan pozitiv reaksiyalar aldıq. Lazımi mesajları Türkiyəyə geri qayındanda prezidentiimizə çatdıracağıq. Ərdoğanın ismarışlarını da Trampa çatdırdıq. S-400 tələbatı məsələsinə məqbul münasibət göstərdi” sözlərini yazıb.

Qeyd edək ki, bu toplantı Donald Trampın bir nazirlə baş-başa keçirdiyi ilk görüş olub.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın