GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Səhənd Məaliyə 10 aylıq həbs cəzasını təsdiqlədi
Rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi rejimin Sarabda yerləşən İnqilab Məhkəməsinin fəal barəsində çıxardığı 10 aylıq həbs cəzasını olduğu kimi təsdiqləyib.
Azərbaycanlı fəal rejim tərəfindən şərlənərək, “müxalif qrupların xeyirinə, sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi
