Bazar ertəsi , May 6 2024
azfa

Zaminə buraxılan Rəhim Qulaminin çox sayda fəal görüşünə gedib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, zaminə buraxılan azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulaminin şox sayda azərbaycanlı fəal görüşünə gedib.

Dünən azərbaycanlı fəal zaminə buraxılandan sonra çox sayda milli-mədəni fəal onun evinə gedərək, fəalı təntənə ilə qarşılayıblar.

Görüşdə Rəhim Qulami, Əli Xeyrcu, Möhsün İsməili və Həbib Nigəhban çıxış edib, musiqiçi fəal Səccad İbrahimi isə bir Azərbaycan mahnısı ifa edib. Görüş Azərbaycan milli marşının birlikdə oxunması ilə yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami 50 milyon tümənlik mülki vəsiqə qarşılığında rejimin Ərdəbildə yerləşən zindanından zaminə buraxılıb.

Məhkəmə tərəfindən vəsiqə qərarı çıxarılmasına baxmayaraq təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə azərbaycanlı fəal martın 4-dən zindanda saxlanılırdı və artıq fəal aprelin 28-də müvəqqəti zaminə buraxılıb.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın