Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Rejimin rəsmisi Təbriz bazarının yandırılması günahını əhalinin üzərinə yıxmağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Mədəni Abidələrinin Mühafizəsi İdarəsinin rəisi Mərtəzi Abdar iddia ediv ki, Təbrizin tarixi bazarını ciddi təhlükə gözləyir. Bazarın ətrafı əvvəllər yaşayış sahəsi olsa da, indi iş yerlərinin anbarlarına çevrilib.

O iddia edib ki, anbarlara müxtəlif tezalışan maddələrin yığılması bazarda daha böyük təhlükə doğurur və aidiyyəti qurumlar məsələni dərhal nəzarətə götürməlidir:

“Yanğının bazara vurduğu maddi ziyan ilkin hesablamalara görə, 20 milyard tüməndir və bu məbləğin artacağı istisna deyil. Bu tarixi abidənin tezliklə bərpa edilməsi üçün dövlətin yardımına ehtiyacı var. Onu da vurğulamaq lazımdır ki, abidə bərpa olunsa belə, təmizlənmə mərhələsi çətindir. Məsləhətdir ki, prosesi sürətləndirmək üçün iş podratçıya verilsin”.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın