Güney Azərbaycanın milli-mədəni türk fəalı Musa Sudi həbs edilib

GADTB-nin Mətbuat Mərkləzinə daxil olan məlumata görə, Ərdəbil sakini olan türk milli-mədəni fəal Musa Sudi 7 aylıq həbs müddətini keçirmək üçün 2017-ci il dekabr ayının 16-da Təbriz həbsxanasına salınmışdır.

Bir neçə gün öncə isə Ərdəbilin ədliyyə məmurları fəalın evinə hücum edərək onu yaxalamaq istəmişdilər. Lakin həmin gün müvəffəq olmamışdırlar. Azərbaycanlı fəal Musa Sudi məsələ ilə bağlı şənbə günü dekabr ayının 16-da Təbrizin İnqilab Məhkəməsinə müraciət edib. Ona məhkəmə qərarına etirazının qəbul edilmədiyi və 7 aylıq həbs qərarı çıxarıldığını bildirmişlər. Ona görə də heç bir günahı olmayan azərbaycanlı fəal həbs müddətini keçirmək üçün Təbriz zindanına salınmışdır.

Qeyd edək ki, azərbaycanlı fəal Musa Sudi Azərbaycanın Tirəxtur komandasının Asiya oyunları çərçivəsində Əlcəzirə ilə yarışında 2013-cü il fevral ayının 26-da yaxalanıb. O müvəqqəti Təbriz zindanına salınmış və saxta ittihamla system əleyhinə təbliğdə günahlandırılaraq, 7 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Təbriz zindanında sağlıq durumu pisləşən Kərim İsmayılzadəyə dərmanları verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Bir cavab yazın