Cümə axşamı , May 14 2026
azfa

Pompeo irqçi fars rejiminə ciddi xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Dövlət katibi Mayk Pompeo Tehranı şəxsən xəbərdar edib.

Amerikalı hərbçilərin həlak olacağı təqdirdə, bunun Tehran üçün ağır fəsadlara yol açacağını bildirib.

Onun sözlərinə görə, bir amerikalı əsgərin belə ölümü ilə nəticələnəcək (Tehranın və ya onun müttəfiqlərinin atacağı) istənilən addım ABŞ-ı əks tədbirlər görməyə, güc tətbiq etməyə vadar edəcək.

M.Pompeonun belə sərt ismarıcına İran tərəfdarlarının regionda olan amerikalı əsgərlərə hücumlar həyata keçirmək niyyəti ilə bağlı kəşfiyyat məlumatlarının daxil olması səbəb olub.

Xatırladaq ki, iyunun 18-də ABŞ Müdafə naziri vəzifələrini icra edən Patrik Şenahan Yaxın Şərqə əlavə min nəfərlik hərbi kontingentin göndərilməsini təsdiqləyib. Bununla bağlı qərar Oman körfəzindən neft tankerlərinə hücumdan sonra qəbul olunub. Vaşinqton hücuma görə İran tərəfini təqsirləndirir.

Həmçinin yoxlayın

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Bir cavab yazın