Rejimin Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində Təbrizdə zibillikləri axtaranların sayı artır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycana qarşı müstəmləkə siyasəti, eləcə də dərin iqtisadi böhran nəticəsində bir çox ailə başçısı Təbriz kimi böyük şəhərlərdə zibil toplama işinə başlayıblar.

Təbriz şəhərində gündəlik 1000-1200 ton tullantı çıxarılır və 1500 nəfərin tullantı toplanması ilə məşğul olduğu təxmin edilir. Son zamanlarda bu işlə məşğul olanların sayı Təbrizdə və digər böyük şəhərlərdə sürətlə çoxalır.

İnsanları bu işə vadar edən əsas amillər dağıdıcı siyasət yürüdən irqçi fars rejimin iqtisadiyyatının kəskin pisləşməsi və yüksək inflyasiyadır.

Zibil toplamaqla məşğul olan fərdlər araba, üç təkərli motosiklet və kamyonetlə müxtəlif məhəllələrdə zibil qablarının içindən geri çevrilməsi mümkün olan materialları toplamaqla məşğul olurlar.

Bir araşdırmada müxtəlif məhəllələrdə bu yolla dolanan 100 fərdin təxminən 80 fazinin ailə başçısı olduğu təxmin edilir. Onlar digər ailə üzvlərinin köməyi ilə tullantılardan plastik, çörək qalıntısı, dəmir və karton toplamaqla özlərini dolandırırlar. Həmin 100 fərdin əksəriyyəti iki il əvvəl işə bu işə baş vurub.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın