Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Rejimin Qərbi Azərbaycanda həbs etdiyi fəallardan hələ də heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanda həbs etdiyi və hazırda Urmiyada təhlükəsizlik qurumunda saxlanılan türk fəallar barədə heç bir məlumat verilmir və onlara görüş qadağası tətbiq olunur.

Qeyd edək ki, azərbaycanlı Musa Ziya Zərgəri və Səccad Şoheyri iyunun 22-də Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və rejimin Urmiyada yerləşən ETTELAAT idarəsinin nəzarət mərkəzinə apaılıblar.

Fəalların 17 gündür saxlanıldıqlarına baxmayaraq, ailələrinin onlarla görüşmə cəhdləri nəticəsiz qalıb.

Məhkəmə və təhlükəsizlik orqanları onların sağlıq durumu və ittihamları ilə əlaqədar heç bir məlumat verməyiblər.

Saxlanılan türk fəalların ailələrinə təlükəsizlik idarəsi və məhkəmə orqanlarına müraciətdə, “Müraciət etməyin. Bu iki saxlanılan şəxs üçün görüş qadağası tətbiq edilib. istintaq işləri bitdikdən sonra vəziyyətləri barədə məlumat veriləcək” – deyə, bildirilib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın